Paytaxt klubunu paytaxt klubuna, menecerliyi isə təhlükəsizlik xidmətinə dəyişdi

Paytaxt klubunu paytaxt klubuna, menecerliyi isə təhlükəsizlik xidmətinə dəyişdi

"Səbail"in əsas komandanın meneceri vəzifəsində çalışmış Nicat Zülfili paytaxtın digər klubunda işə başlayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, "Sabah"a keçib. 

Ancaq Zülfili "bayquşlar"da fərqli vəzifəni icra edir. O, təhlükəsizlik xidmətinin rəhbəri postuna təyin olunub.

Qeyd edək ki, Nicat Zülfili təxminən beş il "Səbail"də çalışıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər