"Oyun baxımından eniş yaşadığımızı deməzdim" - "Zirə"nin yarımmüdafiəçisi

"Oyun baxımından eniş yaşadığımızı deməzdim" - "Zirə"nin yarımmüdafiəçisi

Misli Premyer Liqasının 21-ci turunda "Zirə" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Görüş bərabərliklə başa çatıb – 1:1. Qonaq komandanın yarımmüdafiəçisi İsmayıl İbrahimli ilə əlaqə saxlayıb bir neçə suala cavab verməsini istədik.

Mövsümün əvvəlində "Qarabağ"dan icarəyə götürülən "20 nömrə"nin Fanat.Az-a müsahibəsini təqdim edirik:

- Sizcə, mövsümə yaxşı başlayan "Zirə" niyə son turlarda eniş yaşayır? - Mövsümə  yaxşı başlamışdıq və ardıcıl qələbələr qazandıq. Oyun baxımından eniş yaşadığımızı deməzdim. Hər komandanın mövsüm boyu xal qazanmadığı turlar olur. Bu, normaldır.

- Yaxşı, "Qəbələ"yə qalib gəlməyinizə mane olan səbəb nə idi? - Oyuna yaxşı başlamışdıq. Şanslarımızı qola çevirə bilmədik.

- Artıq 8 oyundur ki, çempionatda qələbə qazana bilmirsiniz. Sizcə, buna səbəb psixoloji amildir? - Heç bir problemimiz yoxdur. Oyun planında rəqiblərdən zəif çıxış etsəydik, psixolojı səbəbləri əsas gətirmək olardı.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər