MY Maquayr ilə bağlı qərarını verdi

MY Maquayr ilə bağlı qərarını verdi

“Mançester Yunayted” müdafiəçi Harri Maquayr ilə mövcud müqavilənin müddətini uzatmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, futbolçunun hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.

Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanından olan bəzi klublar Maquayr ilə maraqlanıblar və onu heyətinə qatmaq istəyirlər. Lakin “Mançester Yunayted” rəhbərliyi futbolçunun performansından məmnundur və komandada qalmasının daha faydalı olacağını hesab edir.

Harri Maquayr “Mançester Yunayted”də uzun müddətdir əsas müdafiəçi kimi çıxış edir və komandanın mərkəzi müdafiəsində lider rolunu oynayır. İngiltərə millisinin üzvü olan futbolçu taktiki oyun anlayışı və təcrübəsi ilə diqqət çəkir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər