Misli Premyer Liqasında bir aylıq fasilə başa çatır.
Fanat.Az xəbər verir ki, bu gün 2026-cı ilin ilk oyunları baş tutacaq.
XVII turun açılış günü iki matç keçiriləcək.
"Araz-Naxçıvan" səfərdə "İmişli"nin qonağı olacaq. Ukraynalı Andrey Demçenkonun Naxçıvan təmsilçisinin debüt matçı Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq və saat 14:30-da start götürəcək.
"Neftçi" isə doğma meydanda "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da başlanacaq.
Qeyd Qeyd dək ki, tura yanvarın 25-də yekun vurulacaq.
Misli Premyer Liqası XVII tur 23 yanvar
14:30. "İmişli" – "Araz-Naxçıvan" Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev. VAR: Elçin Məsiyev, Namiq Hüseynov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Asif Əliyev. Quba. Olimpiya İdman Kompleksinin stadionu.
19:00. "Neftçi" – "Zirə" Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev. VAR: Rauf Cabarov, Eyyub İbrahimov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Emin Cəfərov. Bakı. "Palms Sports Arena".
