Modriç "Real"a qayıdır - SON DURUM

Modriç "Real"a qayıdır - SON DURUM

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç "Real Madrid"ə qayıtmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb.

Mənbənin məlumatına görə, o, karyerasını başa vurduqdan sonra əfsanəsi olduğu İspaniya nəhənginə dönəcək. 40 yaşlı xorvatiyalı "Kral klubu"nun akademiyasında məşqçi olacaq. O, prezident Florentino Peresin təklifini qəbul edib və artıq hazırlıq kurslarına yazılmağı planlaşdırır.

Modriçin "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. Anlaşmada müqavilənin müddətinin  daha bir il uzadılması barədə bənd var. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər