Millimiz Kosovo ilə üz-üzə

Millimiz Kosovo ilə üz-üzə

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komandamız ikinci oyununda Kosovo ilə qarşılaşacaq.

Moldovanın Vadul lui Voda şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

Avropa çempionatı B Liqası, I qrup 27 oktyabr

14:00. Kosovo (U-17) - Azərbaycan (U-17) Baş hakim: Briet Braqadottir (İslandiya).  Vadul lui Voda. "Milli Komandaların Hazırlıq Mərkəzi". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər