Messi "Qızıl buts"a sahib çıxdı - FOTO

Messi "Qızıl buts"a sahib çıxdı - FOTO

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in bombardiri kimi "Qızıl buts" qazanıb.

Fanat.Az xəbər verir ki, argentinalı superulduza mükafat Floridadakı "Çeyz" stadionunda keçirilən "Naşvil"lə pley-off mərhələsinin 1/8 final matçından əvvəl təqdim olunub.

Messi "Qızıl buts"a sahib çıxdı - FOTO

38 yaşlı forvard müntəzəm mövsümdə keçirdiyi 28 matçda 29 qol vuraraq, ən yaxın izləyiciləri Denis Bouanqa (Los-Anceles) və Sem Sarrici (Neşvill) beş qol qabaqlayıb.

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 82 oyun keçirib, 71 qol vurub və 37 məhsuldar ötürmə verib. "Transfermarkt"ə görə, onun bazar dəyəri 18 milyon avrodur.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər