Madrid nəhəngi Kenan Yıldızla güclənməyi hədəfləyir

Madrid nəhəngi Kenan Yıldızla güclənməyi hədəfləyir

“Real Madrid” “Yuventus”un gənc hücumçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, Madrid klubu UEFA Çempionlar Liqasında “Yuventus” ilə qarşılaşacaqları oyunda Kenanı yaxından izləyəcək.

Bu barədə məlumatı "Defensa Central" yayıb.

Gənc futbolçunun performansına əsasən “Real Madrid”in rəhbərliyinin qış transfer pəncərəsində rəsmi addım atması mümkündür.

Türkiyəli ulduz bu mövsüm iştirak etdiyi 16 matçda 9 qol və 7 asistlə fərqlənib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər