Madrid klubu ingilislərlə bacarmır - Antirekord

Madrid klubu ingilislərlə bacarmır - Antirekord

"Atletiko Madrid" Çempionlar Liqasının üçüncü turunun oyununda "Arsenal"a böyük hesabla (0:4) uduzub. 

Fanat.Az xəbər verir ki, Londonda keçirilən qarşılaşma Madrid klubunun bərbad seriyasını artırıb. 

Dieqo Simeonenin komandası Çempionlar Liqasının qrup mərhələsində İngiltərə komandasını səfərdə yenə məğlub edə bilməyib. "Opta Sports"un hesablamasına görə, Madrid klubu qrup mərhələsində İngiltərə komandaları ilə səfərdə 6 dəfə qarşılaşıb və heç bir qələbə qazana bilməyib. İspanlar dörd məğlubiyyətlə üzləşib, iki dəfə heç-heçə edib.

"Atletiko" Çempionlar Liqasında növbəti oyununu noyabrın 4-də evdə "Union"a qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər