London klubunun ulduzları qəzaya düşdülər

London klubunun ulduzları qəzaya düşdülər

İngiltərənin "Tottenhem" klubunun hücumçuları Randal Kolo-Muani və Vilson Odober avtomobil qəzasına düşüblər.

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Ben Ceykobs yayıb. 

Mənbənin komandanın məşqçisi Tomas Franka istinadən verdiyi məlumata görə, qəzaya təkərin partlaması səbəb olub. Xoşbəxtlikdən futbolçular ciddi xəsarətsiz qurtulublar. Hər iki oyunçunun özlərini yaxşı hiss etdikləri və bu axşam "Ayntraxt Frankfurt"la Çempionlar Liqası matçı üçün Frankfurta yollandıqları bildirilir.

Çempionlar Liqasının əsas mərhələsinin yeddi turundan sonra "Tottenhem" 14 xalla turnir cədvəlində beşinci yerdədir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər