“Vest Hem Yunayted” qış transfer pəncərəsində “Mançester Yunayted”in hücumçusu Josua Zirkzeeni heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, London klubu 22 yaşlı niderlandlı forvardın çıxışından təsirlənib və onun üçün rəsmi təklif hazırlayır. “Vest Hem” rəhbərliyi Zirkzeeni komandanın hücum xəttini gücləndirəcək əsas oyunçu kimi görür.
Qeyd edək ki, Josua Zirkzee bu mövsüm Premyer Liqada MY forması ilə sabit çıxış edir və bir neçə klubunun da maraq dairəsindədir.
Kamil Xudiyev