“Kral klubu” “Nottingem Forest”in istedadına əl uzadır

“Kral klubu” “Nottingem Forest”in istedadına əl uzadır

“Real Madrid” rəhbərliyi İngiltərənin “Nottingem Forest” klubunda çıxış edən gənc futbolçu Eliot Andersonun transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, Madrid nəhəngi bu gedişlə gələcək üçün potensiallı oyunçulara sərmayə qoymaq strategiyasını davam etdirmək niyyətindədir.

Gənc futbolçunun oyun tərzi və fiziki göstəriciləri “Kral klubu”nun skaut heyətinin diqqətini cəlb edib. “Real” rəhbərliyi onun gələcəkdə Vinisius Junior və Rodrigo kimi komandanın əsas üzvlərindən birinə çevriləcəyinə inanır.

Hazırda transferlə bağlı ilkin danışıqların aparıldığı və “Nottingem Forest”in futbolçunun buraxılması üçün real təklif gözlədiyi bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər