“Gənclər yalnız qolları izləyir” – Futbolun gələcəyi sual altındadır

“Gənclər yalnız qolları izləyir” – Futbolun gələcəyi sual altındadır

"Napoli" prezidenti Aurelio De Laurentiis futbolun gələcəyi ilə bağlı qalmaqallı açıqlama verib.

Fanat.Az xəbər verir ki, onun sözlərinə görə, hazırkı oyun forması gənc nəsil üçün kifayət qədər cəlbedici deyil:

“Futbol dəyişməlidir! Gənclərin yalnız matçların vacib anlarını izləməmələri üçün oyunun yenidən qurulması lazımdır. Onların diqqəti tez dağılır və yalnız həyəcanlı epizodlara baxırlar. Yavaş, darıxdırıcı və köhnəlmiş şeyləri izləməyə vaxtları yoxdur.” – deyə De Laurentiis bildirib.

Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri prezidentin fikrini dəstəkləyərək futbolun daha sürətli və dinamik hala gətirilməsinin vacibliyini vurğulayıb, digərləri isə bunun futbolun ənənəsinə zərər verəcəyini düşünür.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər