“Fənərbağça” “Beşiktaş”ın ulduzuna əl uzatdı

“Fənərbağça” “Beşiktaş”ın ulduzuna əl uzatdı

“Fənərbağça” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün böyük addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, ESPN-nin məlumatına görə, “sarı-göylər” rəqib klub “Beşiktaş”ın braziliyalı müdafiəçisi Qabriel Paulistanı heyətə qatmaq istəyirlər.

Xəbərə əsasən "Fənərbağça" rəhbərliyi artıq futbolçunun nümayəndələri ilə ilkin təmas qurub və transferin yanvar ayında reallaşacağı gözlənilir.

Paulista bu mövsüm “Beşiktaş”da etibarlı çıxışı və liderlik xüsusiyyətləri ilə ön plana çıxıb. “Fənərbağça” isə təcrübəli müdafiəçini rənglərinə bağlamaqla müdafiə xəttində rəqabəti yeni səviyyəyə çatdırmağı planlaşdırır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər