İngiltərə millisinin və “Everton” klubunun qapıçısı Cordan Pikford keçmiş ulduz futbolçu Ueyn Runi tərəfindən yüksək qiymətləndirilib.
Fanat.Az xəbər verir ki, Runi açıqlamasında belə danışıb:
“O, kifayət qədər dəyərləndirilmir. İnsanlar dünyanın ən yaxşı qapıçılarından danışanda onun adı tez-tez çəkilmir, amma Pikford mütləq həmin səviyyədədir. O, təkcə meydanda deyil, həm də meydandan kənarda çox önəmli bir şəxsiyyətdir.”
Pikford son illərdə həm “Everton”un, həm də İngiltərə millisinin dəyişməz üzvlərindən birinə çevirilib. O, etibarlı qurtarışları və liderlik keyfiyyətləri ilə seçilir.
Kamil Xudiyev