“80 milyon da versəniz, gəlmərəm” - Osimhenin sərt cavabı

“80 milyon da versəniz, gəlmərəm” - Osimhenin sərt cavabı

Nigeriyalı ulduz Viktor Osimhen “Fənərbağça”nın təklifini açıq şəkildə rədd edib.

Fanat.Az xəbər verir ki, sabiq “Fənərbağça” rəhbəri Hakan Safi transfer pəncərəsinin son gününə qədər Osimheni heyətə qatmaq və “Qalatasaray”ın önünə keçmək üçün ciddi cəhdlə çalışıb.

Lakin “Qalatasaray”ın da təklif göndərdiyi forvard qərarını qəti şəkildə verib:

“80 milyon da versəniz, 90 milyon da versəniz, mən yalnız "Qalatasaray"a gedəcəyəm!”

Bu barədə məlumatı türkiyəli jurnalist Sercan Hamzaoğlu yayıb.

Bu açıqlama Türkiyə futbol ictimaiyyətində böyük rezonans doğurub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər