İspaniya La Liqasının 7-ci turunun “Valensiya” – “Real Ovyedo” matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Fanat.Az xəbər verir ki, meydan sahibinin mətbuat xidməti La Liqa rəsmilərinin matçın bazar ertəsindən çərşənbə axşamına təxirə salmaq qərarına gəldiyi barədə məlumat yayıb.
Qarşılaşmanın təxirə salınmasına Valensiyada güclü yağış və daşqın riskini proqnozlaşdıran dəhşətli hava proqnozu səbəb olub.
Beləliklə, "Valensiya" - "Real Ovyedo" matçı bu gün, sentyabrın 30-da keçiriləcək. Matçın start fiti saat 22:00-da səsləndiriləcək.