Kurban Berdiyevin xələfi 46 yaşında dünyasını dəyişdi

Kurban Berdiyevin xələfi 46 yaşında dünyasını dəyişdi

Qazaxıstanın “Kayrat” futbol klubunun keçmiş baş məşqçisi Kiril Keker 46 yaşında dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanlı mütəxəssisin ölümünün səbəbi açıqlanmayıb.

Keker 2022-ci ilin iyununda - Kurban Berdyevin istefasından sonra "Kayrat"ın baş məşqçisi vəzifəsinə keçib. O, 2024-cü ilin aprelində postundan ayrılıb. 2025-ci ildə o, Qazaxıstanın U-19 millisində çalışıb, eyni zamanda “Kayrat”ın futbol akademiyasına rəhbərlik edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər