Kurban Berdıyev: "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara imkan yaratdım"

Kurban Berdıyev: "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara imkan yaratdım"

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara özlərini göstərmək imkanı yaradıb.

Fanat.Az xəbər verir ki, mütəxəssis bunu oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Rusiyalı məşqçi kubok matçarının gərgin keçdiyini deyib:

"Ümumiyyətlə, kubok oyunları gərgin keçir. Bu gün bir daha buna şahid olduq. Bu oyunda əsasən az şans qazanan oyunçulara özlərini göstərmək imkanı verdik".

Qeyd edək ki, qarşılaşma Tovuz komandasının 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər