Komandası "Legiya" ilə bərabərliyə razılaşdı, Renat hanı?

Komandası "Legiya" ilə bərabərliyə razılaşdı, Renat hanı?

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" Polşa çempionatına növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 17-ci turda "Legiya" ilə qarşılaşıb. 

Matç məhsuldar heç-heçə ilə yadda qalıb. Renatın komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb. Millimizin forvardı görüşün iştirakçısı olmayıb. 26 yaşlı forvardın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Beləliklə, 16 oyun keçirən lublinlilər 20 xalla 13-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər