İsveç millisində yeni dövr: Qraham Poterlə razılıq əldə olundu

İsveç millisində yeni dövr: Qraham Poterlə razılıq əldə olundu

İsveç Futbol Federasiyası milli komandanın yeni baş məşqçisini müəyyənləşdirmək üzrədir.

Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis Qraham Poter federasiyanın rəsmi təklifini qəbul edib.

Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında danışıqlar müsbət nəticələnib və müqavilənin yaxın günlərdə imzalanması gözlənilir. Poterdən İsveç futbolunda yeni nəsil oyunçularla yenidənqurma işinə rəhbərlik etməsi tələb olunacaq.

Qeyd edək ki, Qraham Poter daha əvvəl “Brayton” və “Çelsi” klublarını çalışdırıb. Onun təyinatı İsveç futbolunda yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər