"Real Madrid" "Bornmut"un gənc yarımmüdafiəçisi Aleks Skotun transferində ciddi maraqlıdır.
Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin skautları 23 yaşlı ingilis futbolçunun çıxışını ən azı üç matçda canlı izləyərək müsbət rəy veriblər.
"Bornmut"da nümayiş etdirdiyi parlaq oyunla diqqət çəkən gənc ulduz "kral klubu"nun transfer radarına düşüb.
Bununla belə, İngiltərə təmsilçisi yanvarda satışı istisna edir və gələn yay baş tutacaq transfer üçün ən azı 80–85 milyon sterlinq civarında məbləğ tələb edəcək.