İngiltərədə alınmadı, Türkiyəyə geri dönür

İngiltərədə alınmadı, Türkiyəyə geri dönür

“Qalatasaray”ın mövsüm əvvəlində “Sauthempton”a icarə əsasında göndərdiyi danimarkalı müdafiəçi Elias Yelert mövsümün sonunda kluba geri dönəcək.

Fanat.Az xəbər verir ki, “Sabah” nəşrinin yaydığı məlumata görə, İngiltərə təmsilçisi Yelert üçün müqavilədə nəzərdə tutulan 8,5 milyon avroluq satınalma maddəsindən istifadə etməmək qərarına gəlib.

Beləliklə icarə müddəti başa çatdıqdan sonra 23 yaşlı futbolçu yenidən “Qalatasaray”ın heyətinə qoşulacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər