İngiltərə nəhəngindən Kenan Yıldıza 89 milyon avroluq təklif

İngiltərə nəhəngindən Kenan Yıldıza 89 milyon avroluq təklif

İngiltərə nəhəngi "Mançester Yunayted" gənc türk futbolçu Kenan Yıldız üçün böyük addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, klub 19 yaşlı hücumçu üçün 89 milyon avro dəyərində rəsmi təklif göndərəcək.

Xəbəri İngiltərə mətbuatından "Caught Offside" yayıb.

Mənbənin iddiasına görə, MY rəhbərliyi Kenanı “gələcəyin ulduzu” kimi görür və onu Premyer Liqaya gətirmək istəyir.

Hazırda "Yuventus" klubunda çıxış edən Kenan Yıldız İtaliya A Seriyasında nümayiş etdirdiyi performansla Avropanın bir çox nəhəng klublarının diqqətini cəlb edib.

Kenanın transfer dəyəri hazırda 75 milyon avro civarındadır, lakin MY onu “strateji sərmayə” kimi gördüyü üçün yüksək məbləğ ödəməyə razıdır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər