İngiltərə klubları ter Ştegenin izində – “Barselona” yaşıl işıq yandırdı

İngiltərə klubları ter Ştegenin izində – “Barselona” yaşıl işıq yandırdı

“Barselona” qapıçısı Mark-Andre ter Ştegen üçün yanvar ayında icarə təkliflərini dəyərləndirməyə hazırdır.

Fanat.Az "365 Scores" nəşrinə istinadən xəbər verir ki, katalon klubunun rəhbərliyi alman qapıçını qısa müddətlik icarəyə buraxmaq ideyasına müsbət yanaşır və artıq bir neçə Premyer Liqa nəhəngi ilə əlaqə saxlanılıb.

Mənbəyə görə, “Mançester Yunayted”, “Tottenhem” və “Vest Hem” Ter Ştegenin xidmətində maraqlı olan klublar arasındadır.

Bu addımın “Barselona”nın maliyyə qaydaları ilə bağlı yaranmış çətinliklərə görə atıldığı bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər