II Liqa: "Xankəndi" zirvəyə qayıtdı

II Liqa: "Xankəndi" zirvəyə qayıtdı

Azərbaycanın II Liqasında IV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha üç oyun keçirilib.

Turun mərkəzi oyununda "Xankəndi" ilə "Şəki Siti" üz-üzə gəliblər. İbrahim Uzuncanın baş məşqçisi olduğu komanda Bəhmən Həsənovlu bölgə təmsilçisi ilə matçda qalib gəlib. Görüşün taleyini 1 qol həll edib. Bu qələbədən sonra "Xankəndi" yenidən vahid lider olub. 

"Şəmkir" "Ağstafa Gəncləri" üzərində inamlı qələbə qazanıb. "Şirvan" isə "Kür-Araz"ı üstələyib. 

Qeyd edək ki, ötən gün "Qaradağ Lökbatan" "Araz-Saatlı"nı 3:0 yenib, "Ağdaş" - "Quba" (2:2) və "Dinamo" - "Göygöl" oyunlarında isə qalib müəyyənləşməyib.

Azərbaycan II Liqası IV tur 30 sentyabr 

“Xankəndi” – “Şəki Siti” 1:0 Qol: Tural Qurbatov, 76.

“Şəmkir” – “Ağstafa Gəncləri” 3:1 Qollar: Nihat Sarıyev, 16. İlkin Əliyev, 25. Fəzail Şirxanzadə, 53 - Vüsal Aslanov, 32.

“Kür-Araz” – “Şirvan” 1:3 Qollar: Cavidan Qasımlı, 13 - Elariz Xəlilli, 4; 70. Vüsal Səfərov, 26-öz qapısına.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər