II Liqa: "Xankəndi" zirvəyə dönə biləcək?

II Liqa: "Xankəndi" zirvəyə dönə biləcək?

Bu gün Azərbaycan II Liqasında 11-ci tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ilk dövrənin son oyun günündə daha 3 qarşılaşma baş tutacaq. 

"Xankəndi" Bakıda "Şirvan"ı sınağa çəkəcək. İbrahim Uzuncanın baş məşqçisi olduğu qarabağlılar ev oyunundan qalib ayrılmaqla ötən gün "Qaradağ Lökbatan"a təhvil verdiyi zirvəyə qayıtmağı, həmçinin, topların nisbətini yenidən yaxşılaşdırmağı hədəfləyir. 

Bölgədə reallaşacaq oyunlara gəlincə, "Şəmkir" öz meydanında "Kür-Araz"ı, "Ağdaş" isə "Göygöl"ü sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün keçirilən oyunların hamısında 4:1 hesabı qeydə alınıb: "Qaradağ Lökbatan" "Dinamo"nu, "Quba" "Şəki Siti"ni, “Ağstafa Gəncləri” isə “Araz Saatlı”nı çətinlik çəkmədən məğlub edib. 

Azərbaycan II Liqası XI tur 2 dekabr 

14:00. “Xankəndi” – “Şirvan” Hakimlər: Sənan Bayramzadə, Aydın Bəxşiyev, Asif Abdullayev, Ləman Əmirli. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. “Palms Sports Arena” (IV meydança).

14:30. “Şəmkir” – “Kür-Araz” Hakimlər: Ruslan Quliyev, Elman Kərimov, Cavid Ömərov, Nahid Xasıyev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.

14:30. “Ağdaş” – “Göygöl” Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Hüseyn Vəliyev, Kamil Aydınov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Novruz Əzimov. Ağdaş. Şəhər stadionu.

II Liqa: "Xankəndi" zirvəyə dönə biləcək?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər