II Liqa: "Xankəndi" zirvədən "beşəlli yapışdı"

II Liqa: "Xankəndi" zirvədən "beşəlli yapışdı"

Azərbaycan II Liqasında birinci dövrəyə yekun vurulub.

Fanat.Az xəbər verir ki, 11-ci turun son oyun günündə 3 qarşılaşma baş tutub. 

"Xankəndi" Bakıda "Şirvan"a qalib gəlib. Qarabağ təmsilçisi böyük hesablı qələbə sayəsində həm ötən gün "Qaradağ Lökbatan"a təhvil verdiyi zirvəyə qayıdıb, həm də topların ən yaxşı nisbətinə görə üstünlüyünü artırıb. 

Yarım saat gec başlayan digər oyunlara gəlincə, "Şəmkir" öz meydanında "Kür-Araz"ı minimal hesabla yenib. "Ağdaş" ilə "Göygöl"lə görüşdə inamlı qələbə qazanıb.

Qeyd edək ki, ötən gün keçirilən oyunların hamısında 4:1 hesabı qeydə alınıb: "Qaradağ Lökbatan" "Dinamo"nu, "Quba" "Şəki Siti"ni, “Ağstafa Gəncləri” isə “Araz Saatlı”nı çətinlik çəkmədən məğlub edib. 

Azərbaycan II Liqası XI tur 2 dekabr 

“Xankəndi” – “Şirvan” 5:1 Qol: E.Rəhimov, 30. E.Hüseynzadə, 45+1. T.Qürbətov, 63. H.Hüseynli, 87. B.Teymurov, 90 - Ç.Məmmədov, 71.

“Şəmkir” – “Kür-Araz” 1:0 Qol: İ.Əliyev, 70.

“Ağdaş” – “Göygöl” 2:0 Qol: V.Nəsirov, 75. A.Kərimxanov, 82.

II Liqa: "Xankəndi" zirvədən "beşəlli yapışdı"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər