II Liqa: "Xankəndi" üçün asan səfər, "Şirvan" paytaxt təmsilçisinə qarşı

II Liqa: "Xankəndi" üçün asan səfər, "Şirvan" paytaxt təmsilçisinə qarşı

Azərbaycan II Liqasında 6-cı tur davam edir.

Fanat.Az xəbər verir ki, tura bu gün keçiriləcək 3 oyunla yekun vurulacaq. 

Qarşılaşmaların hamısı eyni vaxtda - 14:00-da başlayacaq.

Aşkar autsayder "Araz Saatlı" çempionluğa iddialı "Xankəndi"ni qonaq edəcək. "Ağdaş" "Şəki Siti" ilə qarşılaşacaq. Debütant olmasına baxmayaraq, uğurlu çıxış edən "Şirvan" isə "Dinamo"nu qəbul edəcək.

Tur çərçivəsində dünən baş tutan oyunlar belə nəticələnib:

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1 “Kür-Araz” – “Quba” 1:6 “Şəmkir” – “Qaradağ Lökbatan” 0:1

Azərbaycan II Liqası 6-cı tur 21 oktyabr 

14:00. “Araz Saatlı” – “Xankəndi” Hakimlər: Nəriman Ağayev, Samir Qaracayev, Elvin Mədətov, Rəsul Babayev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Namiq Əliyev Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Ağdaş” – “Şəki Siti” Hakimlər: Kamil Aydınov, Səbuhi Aydınov, Mirnihad Seyidov, Murad Səlimov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Yavər Rəhimov Ağdaş. Şəhər stadionu.

14:00. “Şirvan” – “Dinamo” Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ləman Əmirli Hakim-inspektor: Ceyhun Haşımov  AFFA nümayəndəsi: Seymur Səlimli Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.

II Liqa: "Xankəndi" üçün asan səfər, "Şirvan" paytaxt təmsilçisinə qarşı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər