II Liqa: "Qaradağ Lökbatan" "Xankəndi"ni devirə biləcəkmi?

II Liqa: "Qaradağ Lökbatan" "Xankəndi"ni devirə biləcəkmi?

Azərbaycan II Liqasında birinci dövrənin son turu başlayır. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək XI turun açılış günündə 3 matç baş tutacaq.

Bu gün lider dəyişikliyi gözlənilir. "Dinamo"nu sınağa çəkəcək "Qaradağ Lökbatan" yalnız topların nisbətinə görə geri qaldığı "Xankəndi"ni azı bir günlük zirvədən endirə bilər.

Digər iddialılardan "Şəki Siti" ilə "Quba"nın dueli də prinsipiallıq vəd edir. 

Günə “Ağstafa Gəncləri” – “Araz Saatlı” dueli ilə yekun vurulacaq.

Azərbaycan II Liqası XI tur 1 dekabr

14:00. “Şəki Siti” – “Quba” Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Murad Səlimov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Azər Əsgərov “Rekord Arena”.

14:00. “Qaradağ Lökbatan” – “Dinamo” Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Tural Bayramov, Rəsul Babayev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Seymur Səlimli. Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

14:30 “Ağstafa Gəncləri” – “Araz Saatlı” Hakimlər: Nəriman Ağayev, Rəhman Aslanov, Rizvan Süleymanov, Rasim Musayev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Mübariz Hüseynov Ağstafa şəhər stadionu.

II Liqa: "Qaradağ Lökbatan" "Xankəndi"ni devirə biləcəkmi?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər