II Liqa: "Qaradağ Lökbatan" darmadağınla zirvəyə yüksəldi

II Liqa: "Qaradağ Lökbatan" darmadağınla zirvəyə yüksəldi

Azərbaycan II Liqasında birinci dövrənin son turu start götürüb. 

Fanat.Az xəbər verir ki, XI turun ilk günündə 3 oyun keçirilib.

Açılış günü lider dəyişikliyi ilə yadda qalıb. "Dinamo"nu sınağa çəkən "Qaradağ Lökbatan" böyük hesablı qələbə sayəsində "Xankəndi"ni geridə qoyaraq azı bir günlük zirvəyə yüksəlib, həmçinin qarabağlılarla topların nisbətindəki geriliyi minimuma endirib.

Digər iddialılardan "Şəki Siti" ilə "Quba"nın duelində qonaqlar qələbəyə sevinən tərəf olublar. Şimal təmsilçisi yaxın qonşusunu böyük hesabla yenməklə ilk "3-lüy"ə daxil olub. 

Günə “Ağstafa Gəncləri” – “Araz Saatlı” dueli ilə yekun vurulub. Bölgə komandalarının qarşılaşmasında meydan sahibləri darmadağınla qalib gəliblər.

Turun qalan oyunları (“Xankəndi” – “Şirvan”, “Şəmkir” – “Kür-Araz”, “Ağdaş” – “Göygöl”) sabah keçiriləcək.

Azərbaycan II Liqası XI tur 1 dekabr

“Şəki Siti” – “Quba” 1:4 Qollar: S.Süleymanov, 64 - V.Cəfərov, 45+3; 88; 90+1. İ.İbrahimli, 53. 

“Qaradağ Lökbatan” – “Dinamo” 4:1 Qollar: T.Nəsibov, 24; 45+2-pen. R.Şahmuradov, 29. İ.Hüseynov, 90+3 - O.Novruzov, 89. 

“Ağstafa Gəncləri” – “Araz Saatlı” 4:1 Qollar: E.Namazov, 20; 29; 86. İ.Allahverdiyev, 43 - K.Hüseynov, 83. 

II Liqa: "Qaradağ Lökbatan" darmadağınla zirvəyə yüksəldi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər