I Liqa: Turun son oyununda darmadağın qeydə alındı

I Liqa: Turun son oyununda darmadağın qeydə alındı

Azərbaycan I Liqasında 4-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son matçı Şamaxıda baş tutub. 

Sonuncu pillədə qərarlaşan "Cəbrayıl" ilə hesabında cəmi 1 xal olan "Difai"nin qarşılaşmasında birincilər darmadağınla qalib gəliblər. Beləliklə, "Cəbrayıl" bu qələbə sayəsində "zirxəmi"dən qurtulub.

Qeyd edək ki, tur çərçivəsində keçirilən əvvəlki 4 oyundan yalnız birində qalib müəyyənləşmişdi. Lider "Şəfa" MOİK-i böyük hesabla (4:1) üstələyib. Əvəzində "Şahdağ Qusar" - "Mingəçevir" və "Şimal" - "Səbail" matçlarında qol səsi eşidilməyib (hər ikisi 0:0 bitib), "Zaqatala" - "Baku Sportinq" görüşü isə 1:1 başa çatıb.    Azərbaycan I Liqası 4-cü tur 3 oktyabr 

“Cəbrayıl” – “Difai” 4:0 Qollar: Balamirzə Soltanov, 12. Dileyn Açimi, 43. Noh Lobe, 59. Andzuno Eli, 76.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər