I Liqa: Tura autsayderlər yekun vurur

I Liqa: Tura autsayderlər yekun vurur

Azərbaycan I Liqasında 4-cü tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, açılış matçı Şamaxıda baş tutan turun son oyunu da eyni məkanda keçiriləcək. 

Bağlanış matçında sonuncu pillədə qərarlaşan "Cəbrayıl" ilə hesabında cəmi 1 xal olan "Difai" qarşılaşacaq. Oyun saat 15:00-da başlayacaq.

Qeyd edək ki, tur çərçivəsində keçirilən əvvəlki 4 oyundan yalnız birində qalib müəyyənləşib. Lider "Şəfa" MOİK-i böyük hesabla (4:1) üstələyib. Əvəzində "Şahdağ Qusar" - "Mingəçevir" və "Şimal" - "Səbail" matçlarında qol səsi eşidilməyib (hər ikisi 0:0 bitib), "Zaqatala" - "Baku Sportinq" görüşü isə 1:1 başa çatıb.    Azərbaycan I Liqası 4-cü tur 3 oktyabr 

15:00. “Cəbrayıl” – “Difai”  Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Vüqar Bayramov, Murad Səlimov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər