Azərbaycan I Liqasında 5-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günə sığacaq turun açılış günündə 1 qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında çempionluğa iddialı "Səbail" ilə "Zaqatala" üz-üzə gəlib. "ASCO Arena"da keçirilən oyunun taleyini 1 qol həll edib. Bakılılar son dəqiqələrdə vurduğu qol sayəsində qələbə qazanıb və azı iki günlük lidrrliyə yiyələnib.
Turun qalan görüşləri 16-17 oktyabr tarixlərində keçiriləcək.
Azərbaycan I Liqası V tur 15 oktyabr
“Səbail” – “Zaqatala” 1:0 Qol: Kamran Quliyev, 84.
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Sənan Atayev, Rövşən Rəcəbov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Bayıl. “ASCO Arena”.