I Liqa: "Səbail" liderlik matçına çıxır

I Liqa: "Səbail" liderlik matçına çıxır

Bu gün Azərbaycan I Liqasında 5-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, üç günə sığacaq turun açılış günündə 1 qarşılaşma baş tutacaq. 

Günün yeganə qarşılaşmasında çempionluğa iddialı "Səbail" ilə "Zaqatala" üz-üzə gələcək. "ASCO Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Dörd turdan sonra hesabında 10 xal olan "Səbail" 2-ci pillədə qərarlaşıb və liderdən 2 xal geri qalır. "Zaqatala"nın isə 7 xalı var və 5-ci yerdədir. Mümkün qələbə Elvin Məmmədovun komandasını azı iki gün zirvədə saxlayacaq. Əks halda, bölgə təmsilçisi xallarını "dənizçilər"lə eyniləşdirəcək.

Azərbaycan I Liqası V tur 15 oktyabr 

16.00. “Səbail” – “Zaqatala”  Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Sənan Atayev, Rövşən Rəcəbov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Bayıl. “ASCO Arena”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər