I Liqa: "Mingəçevir" Rahid Əmirquliyevin komandası ilə bacarmadı

I Liqa: "Mingəçevir" Rahid Əmirquliyevin komandası ilə bacarmadı

Azərbaycan I Liqasında IV tur start götürüb. 

Fanat.Az xəbər verir ki, turun ilk günündə bir matç baş tutub. 

Şamaxıda keçirilən açılış oyununda "Şahdağ Qusar" ilə "Mingəçevir" üz-üzə gəliblər. Çempionatın iddialılarından olan qonaqlar veteran futbolçu Rahid Əmirquliyevin prezidenti olduğu şimal təmsilçisinin müqavimətini qıra bilməyiblər.

Dörd turdan sonra hesabında 7 xal olan "Mingəçevir" 4-cü pillədə qərarlaşıb. "Şahdağ Qusar" isə 4 xalla 6-cı yerdədir.

Qeyd edək ki, tur çərçivəsində “Şimal” – “Səbail”, “Zaqatala” – “Baku Sportinq” və “Şəfa” – MOİK oyunları 2 oktyabrda keçiriləcək. Tura cümə günü baş tutacaq “Cəbrayıl” – “Difai” oyunu ilə yekun vurulacaq.

Azərbaycan I Liqası IV tur 1 oktyabr 

“Şahdağ Qusar” – “Mingəçevir” 0:0

Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər