Azərbaycan I Liqasıda qış fasiləsi başa çatır.
Fanat.Az xəbər verir ki, bnu gün XIII turun oyunları start götürəcək. Turun ilk günündə liderlərin iştirakı ilə 3 matç keçiriləcək və hamısı eyni vaxtda başlayacaq.
"Cəbrayıl" Şamaxıda MOİK ilə qarşılaşacaq. Lider "Şəfa"nı ən yaxın izləyicisi "Baku Sportinq"lə çətin duel gözləyir. Premyer Liqaya can atan "Səbail" isə "Zaqatala"nın qonağı olacaq.
Azərbaycan I Liqası XIII tur 5 fevral
14:30. “Cəbrayıl” – MOİK Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Anar Şıxəliyev Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Şəfa” – “Baku Sportinq” Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, Nazim Abdullayev Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Mahal Məmmədov Binə qəsəbə stadionu.
14:30. “Zaqatala” – “Səbail” Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Eldar Məmmədov Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
