Azərbaycan I Liqasında 5-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 oyun keçiriləcək.
İşləri yolunda getməyən, ilk 4 turda qələbə qazanmayan MOİK "Cəbrayıl" ilə Binədə münasibətlərinə aydınlıq gətirəcək. "Mingəçevir" "Şimal"ı, aşkar autsayder "Difai" isə "Şahdağ Qusar"ı sınağa çəkəcək. Oyunların hamısı eyni vaxtda - 14:30-da başlayacaq.
Qeyd edək ki, turun açılış oyununda "Səbail" "Zaqatala"nı 1:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Baku Sportinq" - "Şəfa" oyunu ilə yekun vurulacaq.
Azərbaycan I Liqası 5-ci tur 16 oktyabr
14:30. MOİK – “Cəbrayıl” Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Emin Cəfərov. Binə qəsəbə stadionu.
14:30. “Mingəçevir” – “Şimal” Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
14:30. “Difai” – “Şahdağ Qusar” Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Mahal Məmmədov. Ağsu şəhər stadionu.
