I Liqa: Lider autsayderə qarşı, Rahid Əmirquliyev sabiq komandası ilə üz-üzə

I Liqa: Lider autsayderə qarşı, Rahid Əmirquliyev sabiq komandası ilə üz-üzə

Azərbaycan I Liqasında 3-cü tur bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk günündə 3 matç baş tutacaq.

Lider "Şəfa" mövsümə uğursuz başlayan və çempionatın xal qazanmayan yeganə komandası olan "Cəbrayıl"ı sınağa çəkəcək. Daha bir iddialı komanda - Ramiz Məmmədovlu "Mingəçevir" "Difai"ni qonaq edəcək.

Şərikli lider "Səbail"i isə çətin oyun gözləyir. Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" doğma meydanda "Şahdağ Qusar"la üz-üzə gələcək. Bu görüş şimal təmsilçisinin prezidenti Rahid Əmirquliyev üçün xüsusi önəm daşıyır. Veteran futbolçunun Premyer Liqada son klubu məhz "Səbail" olub. O, 5 il Bakı klubunun uğurları üçün çalışıb.

Qeyd edək ki, turun qalan 2 oyunu (MOİK – “Zaqatala” və “Baku Sportinq” – “Şimal”) sabah keçiriləcək.

Azərbaycan 1-ci Liqası 3-cü tur  24 sentyabr  

15:30. “Şəfa” – “Cəbrayıl” Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Şamil İmanzadə Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Namiq Əliyev Binə. Qəsəbə stadionu. 

15:30. “Mingəçevir” – “Difai”  Hakimlər: Emin Əliyev, Safalı Ağayev, Rəşad Quliyev, Vüqar Həsənli Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Elman Musayev Mingəçevir. Yusif Məmmədzadə adına şəhər stadionunun ehtiyat meydançası.

18:00. “Səbail” – “Şahdağ Qusar” Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Ruslan Quliyev Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Elgiz Abbasov Bayıl. “ASCO Arena”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər