I Liqa: Buzovnada məğlubiyyətsiz komandaların dueli

I Liqa: Buzovnada məğlubiyyətsiz komandaların dueli

Azərbaycan I Liqasında 5-ci tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış matçı Buzovnada baş tutacaq.

Günün yeganə qarşılaşmasında "Bakı Sportinq" potensial lider "Şəfa"nı qonaq edəcək. 

Elgiz Kərəmlinin baş məşqçisi olduğu "Şəfa" ilk 4 turda xal itirməyib və hazırda turnir cədvəlində 2-ci yerdədir. Qələbə seriyasını davam etdirəcəyi halda, komanda yenidən zirvəyə yüksələcək. "Baku Sportinq" isə 8 xalla 4-cü pillədə qərarlaşıb. Kərim Diniyevin baş məşqçisi olduğu bakılılar çempionatda məğlub olmayan üç komandadan biridir.

Turun digər oyunlarının nəticələri: "Səbail" - "Zaqatala" 1:0, MOİK – “Cəbrayıl” 4:1, “Mingəçevir” – “Şimal” 3:1, “Difai” – “Şahdağ Qusar” 1:2.

Azərbaycan I Liqası 5-ci tur 17 oktyabr 

14:30. “Bakı Sportinq” – “Şəfa” Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Rasim Axundov, Şamil İmanzadə. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Buzovna qəsəbə stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər