Holandın sirrini açıqladı: “De Bröyne ilə oynayanda anladım”

Holandın sirrini açıqladı: “De Bröyne ilə oynayanda anladım”

“Napoli”nin gənc hücumçusu Rasmus Höylund "Mançester Siti"nin ulduzu Erlinq Holand barədə maraqlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, Höylund belə deyib:

"Holandın niyə bu qədər çox qol vurduğunu əvvəllər anlamırdım. Amma Kevin De Bröyne ilə oynamağa başladıqdan sonra hər şey aydın oldu. De Bröyne elə ötürmələr edir ki, sadəcə toxunmaq kifayətdir. Belə bir oyunçu ilə oynamaq istənilən hücumçunun arzusudur".

Bu mövsüm "Napoli"nin heyətində məhsuldarlığı ilə seçilən futbolçular Avropanın diqqət mərkəzindədirlər.

De Brüyne 8 matçda 3 qol 2 məhsuldar ötürmə ilə fərqlənibsə, Höylund 6 matçda 4 qolla yadda qalıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər