Hakimi təhqir edən məşqçi 4 oyunluq diskvalifikasiya edildi

Hakimi təhqir edən məşqçi 4 oyunluq diskvalifikasiya edildi

Əvəzedicilər Liqasında çıxış edən “Şamaxı-2” komandasının məşqçisi Yaşar Abuzərov 4 oyunluq cəza alıb.

Fanat.Az xəbər verir ki, AFFA İntizam Komitəsi intizamsız məşqçini “Zirə-2” ilə matçdakı davranışına görə uzaqlaşdırıb.

O, 12-ci turun oyununda hakimi təhqir edib. Birbaşa qırmızı vərəqə alan məşqçinin davranışına görə bölgə təmsilçisi əlavə olaraq 1000 manat cərimələnib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər