Gənc müdafiəçidən qərar: “Liverpul”, yoxsa PSJ?

Gənc müdafiəçidən qərar: “Liverpul”, yoxsa PSJ?

PSJ-nin gənc müdafiəçisi Vilyam Paçu gələcəyi ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, “Liverpul” 23 yaşlı oyunçunu yanvar transfer pəncərəsində heyətinə qatmaq istəsə də, futbolçu bu təklifi qəbul etməyib.

Paçu rəhbərliklə görüşərək Paris klubunda qalmaq istədiyini açıqlayıb.

Məlumata görə, Arne Slot fransalı müdafiəçini mersisaydlıların uzunmüddətli planlarına daxil etmişdi. Lakin Vilyam həm PSJ-də əsas heyət şansına, həm də doğma şəhərində qalmaq istəyinə görə bu addımı atmayıb.

Qeyd edək ki, Paçu bu mövsüm PSJ forması ilə 14 oyunda iştirak edib, komandanın müdafiə xəttində sabit çıxışı ilə diqqət çəkib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər