Fransalı ulduz "Çelsi"dən ayrıldı, Londondan yox

Fransalı ulduz "Çelsi"dən ayrıldı, Londondan yox

"Çelsi"nin müdafiəçisi Aksel Disasi karyerasını Londonun digər təmsilçisində davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, "Vest Hem" klubu onu icarəyə götürüb.

Bu barədə sözügedən klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı fransız müdafiəçi mövsümün sonunadək "Vest Hem"də çıxış edəcək.

Xatırladaq ki, Aksel Disasi "Çelsi"yə 2023-cü ilin avqustunda qoşulub. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Disasinin transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər