FIFA-dan yenilik - "Video Dəstək" kartı sistemi sınaqdan keçiriləcək

FIFA-dan yenilik - "Video Dəstək" kartı sistemi sınaqdan keçiriləcək

FIFA, 2025-ci ildə keçiriləcək U-20 Dünya Kuboku zamanı yeni texnoloji yeniliyi sınaqdan keçirməyə qərar verib.

Fanat.Az xəbər verir ki, turnir ərzində komandalar “VAR” sisteminə müraciət etmək üçün hər oyunda iki ədəd “Video Dəstək Kartı” əldə edəcək.

Bu barədə məlumatı ESPN nəşri yayıb.

Yeni tətbiqə əsasən, komandalar bu kartlardan istifadə edərək şübhəli vəziyyətlərə etiraz edə və epizodun videoya baxılmasını tələb edə biləcəklər. Əgər etiraz haqlı çıxarsa, komanda kartını itirməyəcək.

Yeniliyin məqsədi hakim səhvlərini minimuma endirmək və ədalətli qərarların sayını artırmaqdır. Qaydanın uğurlu alınacağı təqdirdə, gələcəkdə bu sistemin böyük turnirlərdə də tətbiqi planlaşdırılır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər