Ərəblər Dembeləyə fantastik təklif hazırlayıb - Qətərli prezident "Qızıl top"un qalibini satacaqmı?

Ərəblər Dembeləyə fantastik təklif hazırlayıb - Qətərli prezident "Qızıl top"un qalibini satacaqmı?

Səudiyyə Ərəbistanı 2026-cı il dünya çempionatından sonra PSJ-nin hücumçusu Usman Dembele ilə müqavilə imzalamaq istəyir. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Mənbənin məlumatına görə, sözügedən ölkənin yüksək vəzifəli rəsmiləri forvardın transferi ehtimalı ilə bağlı ilkin araşdırmalar aparıblar və qəti qərara gəliblər. Futbolçu üçün "Böyük təklif" hazırlanır. Qətərli iş adamı Nasser Əl-Xelaifinin prezidenti olduğu Paris nəhənginə yaxında rəsmi təklif göndəriləcək. Dembelenin ətrafı isə iddia edib ki, 28 yaşlı futbolçu hazırda bütün diqqətini PSJ-yə və DÇ-2026-ya yönəldib.

"Qızıl top"un son qalibi Dembele bu mövsüm Liqa 1-də 11 oyunda meydana çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər