Endrik növbəti klubu üçün sərt şərtlər irəli sürdü

Endrik növbəti klubu üçün sərt şərtlər irəli sürdü

Gənc braziliyalı ulduz Endrik gələcək karyerası ilə bağlı tələblərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, ESPN Brasil-in məlumatına görə, futbolçu növbəti klubuna keçid üçün bir sıra konkret şərtlər irəli sürüb.

Mənbənin məlumatına əsasən, Endrikin növbəti komandası:

  • Avropanın “top-5” liqasından biri olmalı və ya Portuqaliyada ilk “üçlük”də yer almalıdır;
  • Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etməlidir;
  • Hücumameyilli futbol üslubuna sahib olmalıdır;
  • Hər mövsüm liqa çempionluğu uğrunda mübarizə aparmalıdır.

Qeyd edək ki, gənc forvard hal-hazırda “Real Madrid”in heyətində çıxış edir və gələcəyi ilə bağlı qərarını mövsümün sonunda verəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər