Çempionlar Liqasının tarixində Yamal kimisi yoxdur - Rekord

Çempionlar Liqasının tarixində Yamal kimisi yoxdur - Rekord

"Barselona"nın vingeri Lamin Yamal Çempionlar Liqasının tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Opta" yayıb.

Statistika portalının hesablamasına görə, cəmi 18 yaşı olan cinah oyunçusu qitənin ən nüfuzlu klub turnirində 25 oyun həddinə çatan ən gənc futbolçu olub. O, 18 yaş 100 günlüyündə Çempionlar Liqasında "Olimpiakos"a qarşı oynayıb. 

Əvvəlki rekord PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeryə məxsus idi. O, 19 il 32 günlüyündə, 2025-ci ilin aprelində 25-ci oyununa çıxmışdı.

Sıralamada ilk "5-lik" belədir: 

18 yaş 100 günlük - Lamin Yamal  19 yaş 32 günlük - Uorren Zair-Emeri 19 yaş 292 günlük - Sesk Fabreqas  19 yaş 326 günlük - Anderson Oliveyra 20 yaş 32 günlük - Boyan Krkiç

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər