Əliyar Ağayev yenə meydan sahiblərinə qarşı amansız oldu - STATİSTİKA

Əliyar Ağayev yenə meydan sahiblərinə qarşı amansız oldu - STATİSTİKA

Misli Premyer Liqasında 8 tur geridə qalıb. Keçirilən 47 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 14 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda oyun sayı 5-ə çatan ədalət təmsilçilərinin sayı 4-ə çatıb. Söhbət Əliyar Ağayev, Fərid Hacıyev, Elçin Məsiyev və Cavid Cəlilovdan gedir. 

Səkkiz turda 4 oyun idarə edən ədalət təmsilçiləri 3 nəfərdir. Kamal Umudlu, Rəvan Həmzəzadə və İnqilab Məmmədov liderləri təqib edirlər. 

Nicat İsmayıllı ilə Elvin Bayramov hamıdan az - cəmi 1 dəfə iş başında olublar.

Səkkizinci turda hakimlər 30 sarı və 1 qırmızı vərəqədən istifadə ediblər. "Şamaxı" - "Kəpəz" matçını idarə edən FİFA referisi Əliyar Ağayev meydan sahiblərinin oyunçusu Abdulahi Şuaybunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Hakimlər 31 vərəqədən 17-ni meydan sahiblərinin, 14-nü qonaq komandanın oyunçularına göstəriblər.

Beləliklə, 8 turun yekununda bu rəqəmlər müvafiq olaraq "185" və "6" olub. Nəticədə ümumi vərəqə sayı 191-ə çatıb. Bu da hər oyuna orta hesabla 4,1 vərəqə deməkdir. FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev o birilərdən çox əllərini ciblərinə atıblar. Hərəsi 23 sarı vərəqədən istifadə edib. Ancaq Ağayev daha 3 dəfə qırmızı vərəqəyə əl atıb. O, bu dəfə də meydan sahiblərinin oyunçusunu qovub.

Əliyar Ağayev - 5 oyun

meydan sahibi    11 sarı 3 qırmızı  qonaqlar             12        0 cəmi:                   23       3

Elçin Məsiyev - 5 oyun

meydan sahibi    11    0 qonaqlar             12    0 cəmi:                   23   0

Fərid Hacıyev - 5 oyun

meydan sahibi   14   0  qonaqlar             5    0 cəmi:                  19  0

Cavid Cəlilov - 5 oyun

meydan sahibi    6      0 qonaqlar             11    0 cəmi:                   17    0

Kamal Umudlu - 4 oyun

meydan sahibi    9    1 qonaqlar    8    0 cəmi:    17    1

İnqilab Məmmədov -  4 oyun

meydan sahibi  6   0 qonaqlar    11    0 cəmi:    17    0

Rəvan Həmzəzadə - 4 oyun

meydan sahibi    7    0 qonaqlar    5    0 cəmi:    12    0

Rəşad Əhmədov - 3 oyun

meydan sahibi    5    0 qonaqlar    11    0 cəmi:   16    0

Tural Qurbanov - 3 oyun

meydan sahibi  4    1 qonaqlar    7    0 cəmi:    11    1

Rauf Cabarov -  3 oyun

meydan sahibi    3    0 qonaqlar    3   1 cəmi    6    1

Əli Əliyev - 2 oyun

meydan sahibi  3    0 qonaqlar    5    0 cəmi:   8    0

Kamranbəy Rəhimov - 2 oyun

meydan sahibi  4    0 qonaqlar    4    0 cəmi:    8    0

Nicat İsmayıllı - 1 oyun

meydan sahibi  2    0 qonaqlar    3    0 cəmi:    5    0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  3    0 qonaqlar    0    0 cəmi:    3    0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər