Edersonun yoxluğunda qapını kim qoruyacaq? - "Fənərbağça"da qapıçı problemi

Edersonun yoxluğunda qapını kim qoruyacaq? - "Fənərbağça"da qapıçı problemi

"Fənərbağça"da növbəti matç öncəsi qapıçı problemi yaşanır.

Fanat.Az xəbər verir ki, komandanın “Fatih Karagümrük”lə qarşılaşmasında qapını Tarık Çetin qoruyacaq.

Əsas qapıçılar Ederson və İrfan Can Eyribayat zədələrinə görə hələ də heyətdən kənarda qalıb. Hər iki qolkiperin bərpa prosesi davam etdiyindən baş məşqçi Tarık Çetinə əsas heyətdə şans vermək qərarına gəlib.

Gənc qapıçının bu görüşdə göstərəcəyi performans, gələcəkdə komandadakı roluna da təsir göstərə bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər